İş elanı bələdçisi: İş elanını necə hazırlamaq və göndərmək olar
Bələdçiyə keçməzdən əvvəl, ən mühüm məsələlərə diqqətinizi çəkmək istəyirik. Aşağıdakı məsləhətlər iş axtarı prosesində sizə kömək edə bilər.
- İş elanınızı sadə və başa düşülən şəkildə yazın
- İşə dair təsvirə əmək haqqı aralığını və iş yerinin ünvanını daxil edin
- İş elanını hazırlayarkən MD Vakansiya -nın təklif etdiyi formata diqqət yetirin və göstərilən bəndləri maksimal cavablandırın
- İş elanınızı axtardığınız işçinin malik olması gərəkən keyfiyyətlərin təsviri ilə başlayın
- Daha keyfiyyətli namizədlər tapmaq üçün skrininq sualları və bacarıq testləri də əlavə edə bilərsiniz
- İşçi tapmaq şansınızı artırmaq üçün iş elanınıza sponsorluq edin (ödənişli elan)
- Hər hansı köməyə ehtiyacınız olarsa, MD Vakansiyan-nın Müştəri Xidmətlərilə əlaqə saxlayın.
İş elanları.
İş elanı sadəcə elan deyil. Çox vaxt iş axtaranların şirkətiniz haqqında ilk təəssüratları məhz elanınız əsasında formalaşır. İş axtaran şəxslə ilk təəssürat yaratmaq üçün iş elanınızı yazarkən iş axtaran kimi düşünməlisiniz.
Və biz bununla bağlı sizə kömək edə bilərik.
MD Vakansiya-da hər növ iş axtaran şəxslərlə əvvəlcədən söhbətlər apardıq, onların fikirlərini araşdırdıq. İndi öyrəndiklərimizi – iş axtaranların nə istədiklərini – bu bələdçidə sizinlə bölüşmək əzmindəyik. İş elanını hazırlayan zaman özünüzə daim verəcəyiniz suallardan ən vacibi “İş axtaran şəxs bunu faydalı hesab edərmi?” sualıdır. Məhz bu kimi suallara cavab verdikdə, iş elanınıza düzgün və vacib məqamları daxil etmək barədə rahat qərar qəbul edə biləcəksiniz.


Məlumatın toplanması.
Müvafiq ardıcıl addımlar əsasənda hazırlanan iş elanı bütöv prosesi asanlaşdırır. Bundan maksimum yararlanmaq üçün əvvəlcədən bəzi məlumatları toplamaq gərəklidir.
İş axtaranların müraciət etmələrini istəyirsinizsə, iş axtaranların vurğuladığı məqamlara xüsusi diqqət yetirilməlidir:
- Aydın bir iş adı
- Gündəlik öhdəliklər və vəzifələr
- İxtisaslar (dərəcələr, sertifikatlar, proqram təminatına dair bilikləri, xüsusi səriştələr və s.)
- Əmək yerinin yerləşdiyi ünvan, evdən işləmək üçün şərait və imkan
- İş növü (tam və ya yarım-ştat, müvəqqəti və s.)
- Əmək haqqı və ya ödənişin aralığı (saatlıq, iki həftəlik və ya aylıq)
- Əlavə imkanlar (tibbi sığorta, xidməti avtomobil, işgüzar səfərlər və s.)
Yuxarıdakı məlumatlar hər hansı bir iş axtaran şəxsin vəzifə ilə bağlı verəcəyi sualların əksəriyyətini əhatə edir. Və bu məlumatları elanınızda verməklə, siz yaxşı namizədlərlə əlaqə qurmağa daha çox vaxt ayıra bilərsiniz.
Axtarış.
Bəzi işlər üçün mürəkkəb bacarıq və sertifikatlaşdırılmış namizədlər tələb olunur. Başqa işlər üçün bəsit bacarıqların olmasına və mədəni uyğunluğa üstünlük verə bilərsiniz.
Potensialı görmək önəmlidir. Bəzi namizədlərin CV-ləri sizin axtardığınız təcrübə ilə zəngin olmaya bilər. Lakin, düzgün yanaşma, motivasiya və komandanızın aktiv üzvü olma həvəsi namizədlərin seçilməsində faydalı olacaqdır. Aşağıda bir çox işəgötürənin axtardığı bəzi xüsusiyyətlər göstərilib:
- Dürüstlük
- Effektiv ünsiyyət qurmaq bacarığı
- Öyrənmək istəyi
- Müstəqil işləmə bacarığı
- Ambisiyaların olması
- Uyğunlaşma/adaptasiya
İş elanınız verdiyiniz təsvirdə bu xüsusiyyətlərin bəzilərini qeyd etməkdən çəkinməyin. Beləliklə, iş axtaranlar müraciət etməzdən əvvəl gözlənilən rola və şirkətdaxili mədəniyyətə uyğun olub-olmadıqlarını görə bilərlər.
Tələb olunan yorsa Faydalı olan?
İş elanınız əslində ideal namizədi təsvir edir. Lakin tələb olunan mühüm səriştələr ilə arzu olunan digər bacarıqlar (yenə də, vacib olan) arasında fərq qoymalısınız. Niyə? Çünki, tibb bacısı diplomu olmayan və məxsusi bacarıqlara yiyələnməmiş birisini, tibb bacısı vəzifəsinə qəbul edə bilməzsiniz.
İş axtaranların diqqətini çəkmək üçün tələb olunan səriştələr və biliklər barədə məlumatı iş elanının yuxarı hissəsində yerləşdirin. Bu, iş axtaranlara dərhal həmin işə uygun olub-olmadıqlarını görməyə imkan verəcək. Hansı ixtisas sahiblərinin tələb olunduğunu və/və ya hansılarına üstünlük verildiyini də aydın şəkildə qeyd etmək vacibdir.
İş elanınızı optimallaşdırmaq üçün onu ödənişli edin.
MD Vakansiya-da hər hansı bir iş elan yerləşdirdiyiniz zaman sizdən elanınızı irəli çəkmək üçün (ona sponsor olmaq) pul ödəmək istəyib-istəmədiyiniz soruşulacaq. Sponsorluğun bir sıra üstünlükləri var. Əgər ödənişli elan üçün büdcəniz varsa, elanınıza sponsorluq etməyinizi tövsiyə edirik. Lakin, iş elanınızı dərc etdikdən sonra da, istənilən zaman ödəniş etməklə onu irəli çəkə bilərsiniz.
İş elanının yazılması.
Bir iş elanı hazırlamağa başladığınız zaman, MD Vakansiya həmin prosesdə sizə kömək edə bilər. Elan üçün təklif etdiyimiz formanı doldurmaqla heç bir vacib məlumatı qaçırmayacaqsınız. Elanda mümkün qədər ətraflı məlumat verin ki, düzgün namizədləri sizinlə əlaqələndirə bilək.
Ən yaxşı təcrübələr.
Elanınız anlaşılan dildə olduqca, iş axtaranların onu başdan sona oxuması ehtimalı yüksək olacaqdır. Bəzi iş axtaranlar sizin elanınıza çox uyğun olsalar belə, qeyri-peşəkar yazılmış iş elanının səhifəsini açmaqla bağlamaqları bir olacaqdır. Şübhəsiz ki, siz istedadlı iş axtaran şəxslərin şirkətiniz haqqında təəssüratının yaxşı olmasını istəyirsiniz.
Sizinlə bölüşdüyümüz ən yaxşı təcrübələrdən faydalanmaqla, işə götürmək istədiyiniz keyfiyyətli namizədləri cəlb etməyə müvəffəq ola bilərsiniz.
Bəzi ən yaxşı təcrübələr:
- Böyük mətn bloklarından çəkinin. Mətni daha kiçik 3-4 cümləli abzaslarına bölün.
- Elan mətnini hər kəsin başa düşə biləcəyi dildə və tərzdə yazın.
- Məlumatın sürətli icmalı məqsədilə adlı siyahılardan (eng. check-list) istifadə edin.
- Həvəsli və maraqlı olduğunuzu iş elanının təsvirindən hiss olunmasına çalışın.
- Skrininq edilməsini asanlaşdırmaq üçün elan mətnini müvafiq bölmələrə bölün (məs., ixtisaslar, üstünlüklər və s.).
İşə dair Təfərrüatların Doldurulması.
Şirkətinizin profilində yeni vakansiya yaratdıqdan sonra MD Vakanasiya tərəfindən təqdim edilən elektron şablona uyğun bütün bölmələr üzrə təfərrüatları əlavə etməyə çalışın.
Namizədlərin iş elanında axtardıqları ilk şey əmək haqqının aralığıdır – onu boş qoymayın! Xoşbəxtlikdən, vakansiyanın adı və iş yerinin ünvanına uyğun olaraq orta bazar məlumatlarına əsaslanaraq əmək haqqı aralığını göstərmək çox zaman yetərli olur.
İş yerinin ünvanı (şəhər, region və s.) çox önəmli detaldır və onu qeyd etməyi unutmayın.
Namizədlərin vakansiyaya müraciət etməkdən çəkinmələrinin başlıca səbəblərindən biri də iş saatları ilə bağlıdır. Xüsusilə də, pandemiyadan sonrakı dövrdə və əzəldən digər bəzi işlərin evdən və ya ofisdən kənarda olaraq icrasının mümkünlüyü və saatları iş elanında yer almalıdır.
Nə qədər çox məlumat versəniz, bir o qədər yaxşıdır. Bütün bu məlumatlar axtarış nəticələrində keyfiyyətli namizədlərə iş elanınızı göstərmək üçün istifadə olunur.
Hazırda əlçatan olmasa da, qısa zamanda, yerləşdirilmiş iş elanlarını nüsxələməklə yeni vakansiyaların yaradılması funksiyası da əlçatan olacaqdır. Bu isə vaxtınıza qənaət edilməsinə imkan verəcəkdir.
İşin təsviri.
İşin təsviri ixtisaslar, bacarıqlar, üstünlüklər və işə aid olan hər şeyi sadaladığınız hissədir.
Mükəmməl iş təsviri 4 əsas bölmədən ibarətdir:
- Giriş,
- Vəzifələr,
- Tələblər və
- Faydalar.
Mümkünsə, giriş hissəsinə bəzi zəruri tələbləri əlavə etməyə çalışın ki, iş axtaranlar həmin işə yararlı olub-olmadıqlarına dərhal qərar verə bilsinlər.
Tələb olunan ixtisaslar.
Ən yaxşı namizədləri cəlb etmək üçün iş elanınıza tələb olunan kvalifikasiyaların əlavə edilməsindən əmin olun. Müraciət edən namizədlərin ixtisasları və ya bacarıqlarına dair suallarınız olduqda, onlarla əlaqənin qurulmasından və bir başa sualların ünvanlanmasından çəkinməyin.
Bilik sınağı və ya ilkin qiymətləndirmə.
Siz namizədlərə xüsusi hazırladığınız test suallarını və ya başqa bir sınaq alətinə keçid linkini göndərə bilərsiniz. Xüsusi bilik və bacarıq testləri ilə ərizəçinin müvafiq mövzuda təcrübəsini daha yaxşı başa düşə bilərsiniz. Bununla yanaşa qeyd edilməlidir ki, iş axtaran şəxs bacarıq və ya bilik testini tamamlamaq üçün vaxt ayırıbsa, bu, onun vakansiyaya daha ciddi yanaşdığını nümayiş etdirir.
Ümumiyyətlə, araşdırmalar göstərir ki, müsahibə öncəsi qiymətləndirməni tamamlayan ərizəçilərin müsahibəyə gəlmə/çağrılma ehtimalı daha yüksəkdir.
Müsahibəni planlaşdırmağa hazır olduğunuz zaman ona dair məlumatı şəxsən, telefonla və ya digər birbaşa əlaqə vasitəsilə ərizəçiyə çatdıra bilərsiniz.
İş elanının sponsorluğu və ya ödənişli elan.
İnanın ki, iş elanının pulsuz yerləşdirilməsinin bəzən düzgün seçim olduğunu başa düşürük. Ancaq daha çox uyğun namizədlərə elanınızı çatdırmaq, ən yaxşısını işə tez götürmək istəyirsinizsə və ya mürəkkəb bir vəzifə üçün işçi axtarırsınızsa, iş elanınızı ödənişli dərc etmək ən yaxşı seçimdir. Bu o deməkdir ki, iş elanınız axtardığınız potensial namizədlərin qarşısını daha tez-tez çıxacaq.
Pulsuz və Ödənişli İş elanları.
Pulsuz iş elanı vermək yoxsa ödənişli etmək? Əsas sual budur.
Elan etdiyiniz vakansiyanı nə qədər tez doldurmaq istəyirsiniz? Əgər işçini “əlim yandı” axtarırsınızsa, ödənişli iş elanı vasitəsilə daha az vaxtda daha çox ərizəçidən müraciət qəbul etməyə müvəffəq ola bilərsiniz.
Vəzifə nə dərəcədə dar ixtisas sahiblərini tələb edir? Əgər doldurulması çətin bir vakansiya (məsələn, tibb bacısı, mühəndis və ya korporativ hüquq üzrə mütəxəssis) üçün işçi axtarırsınızsa, ödənişli iş elanı sizin vakansiyanızın həm daha uzun müddət görünməsinə kömək edə bilər, həm də kifayət qədər keyfiyyətli, uyğun namizədlərə çatdırılmasını təmin edə bilər.
İşə götürməkdə çətinlik çəkirsiniz? Ümumi qayda olaraq, yaxşı bir iş təsvirinizin olmasına rəğmən, hələ də uyğun işçi tapmaqda çətinlik çəkirsinizsə, iş elanının sponsorluğu yəni ödənişli yerləşdirilməsi çətinliyin aradan qaldırılmasına kömək edə bilər.
Sponsorluğun üstünlükləri.
Sponsorluq və ya ödənişli iş elanlarının yerləşdirilməsi işə götürmə prosesinə çox ciddi yanaşan təşkilatlar/şirkətlər üçün böyük fərq yaradır. Əslində, təhlillər göstərir ki, işəgötürənlər iş elanlarına sponsorluq etdikdə, işçi tapmaq və işə götürməkdə 3,5 dəfə daha çox müvəffəq olurlar.
Bu əhəmiyyətli fərqdir, lakin o qədər də təəccüblü deyil. Sponsorluqlu İş elanları sizə keyfiyyətli namizəd tapmaq üçün iki əsas üstünlük verir:
- Axtarış nəticələrində daha yaxşı pozisiyalarda yer almaq və ya üzə çıxmaq,
- İş elanınızın təsvirinə uyğun daha çox namizəd elanınızı görə bilir və digər oxşar elanlardan seçilir.
Sponsorluqlu İş elanları axtarış nəticələrində daha uzun müddət və daha tez-tez görünür. Bu isə iş elanınızın daha çox adam tərəfindən görünməsini və daha çox namizədin müraciət etməsi şansını artırmış olur.
Ani uyğunluq.
Əlavə bonus olaraq, hər hansı iş elanına sponsorluq etdiyiniz zaman Ani Uyğunluq imkanını avtomatik açmış olacaqsınız. Ani Uyğunluq ilə, MD Vakansiya-nın bazasında olan yüzlərlə insanın arasında uyğun namizədlər seçilərək, onlara sizin iş elanınız göstəriləcəkdir. Sizə isə uyğun gələn namizədlərin siyahısını görmək və istədiyiniz namizədlərə bir başa müraciət etmək imkanı veriləcəkdir.
Bu, sponsorluğun yəni ödənişli elanların böyük bir üstünlüyüdür.